QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Aug 2022, 12:18
İndoneziya Zelenski-Putin görüşünü təşkil etmək istəyir

İndoneziya G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirməkdə maraqlıdır.

Qalanews Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Moskvadakı səfiri Xose Tavares bildirib.

“İndoneziya Prezidenti Coko Vidodo tərəfindən Rusiya və Ukrayna prezidentlərinə dəvət çoxdan göndərilib. Əgər onlar Balidə keçiriləcək G20 sammitində iştirak etsələr, onda təbii ki, görüş təşkil etmək imkanı yaranacaq. İndoneziya belə bir görüşün keçirilməsinə kömək etməyə hazırdır. Əlbəttə, prezidentlər gəlsə, biz bunu istərdik”, - diplomat qeyd edib.

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak daha əvvəl bildirib ki, əgər Putin orada olsa, Zelenski İndoneziyada keçiriləcək G20 sammitində iştirak edə bilər. Onun sözlərinə görə, Ukrayna Prezidenti beynəlxalq sammitlərdə onlayn formatda işləməyə üstünlük verir, lakin bu görüş istisna ola bilər.

Dövlət başçılarının iştirakı ilə G20 sammiti noyabrın 15-16-da keçiriləcək.



report




Baxış sayı: 297



OXŞAR XƏBƏRLƏR