QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 Jul 2023, 15:22
Şamaxıda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə bağlı tədbir - Fotolar
Şamaxıda ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı ”14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.

“Qalanews” xəbər verir ki, tədbir Şamaxı Rayon İcra Hakimiyyəti və YAP Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Tahir Məmmədov bildirib ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna rolu, məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub.

Daha sonra çıxış edənlər rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Eybalı Ağayev, İctimai Şuranın üzvləri Nəzakət Abdulrazaqova və Ağarza Bayramov ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək, 14 iyul tarixinin xalqımızın taleyində oynadığı misilsiz rolundan, məhz həmin dövrdən başlayaraq Azərbaycanın hər yerində olduğu kimi Şamaxıda da intibah dövrünün əsasının qoyulduğu barədə, dahi şəxsiyyətin vətəninə və xalqına sədaqətlə xidmətlərindən, gördüyü işlərdən geniş söhbət açıblar.



Baxış sayı: 264



OXŞAR XƏBƏRLƏR