İranın Niderlanddakı səfiri Əlirza Kazemi Abadini həmin ölkənin Xarici İşlər Nazirliyinə çağırılacaq.
QalaNews.com xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb İrandakı aksiyalarda iştirak edənlərin edam olunmasıdır.
Həmçinin, Niderlandın xarici işlər naziri Vopke Hukstra məsələyə sosial media hesabında münasibət bildirib.
“İrandakı edamlarla bağlı ciddi narahatlığımı bildirmək üçün İran səfirini nazirliyə çağırmaq niyyətindəyəm. Avropa İttifaqı ölkələrini də oxşar addımlar atmağa çağırıram”, - deyə nazir qeyd edib.