QALA NEWS

14 Oktyabr Bazar ertəsi

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 Jul 2023, 15:17
Suraxanıda Heydər Əliyevin hakimiyyətə I gəlişinin ildönümü qeyd olundu - Fotolar

İyulun 14-də “Heydər Əliyev İli” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 İyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.

“Qalanews” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, şəhid ailələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 54-cü ildönümü münasibətilə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində Ulu öndərin siyasi hakimiyyətə gəlişini əks etdirən Xatirə kompleksini ziyarət edib və önünə gül dəstələri düzüblər.

Daha sonra Rayon İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Həmçinin, ulu öndər tərəfindən müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu günlə bağlı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlandığını diqqətə çatdırıb: “Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Ulu öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Bu gün müstəqil dövlətimizə rəhbərliyin məhz ulu öndər siyasətinin ən layiqli yetirməsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.



Baxış sayı: 323



OXŞAR XƏBƏRLƏR