Namaz vaxtları
Kateqoriyalar
ABŞ Dövlət Departamenti Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında keçirilən ilk görüşü alqışlayıb.
Qalanews “Amerikanın səsi”nə istinadən xəbər verir ki, departament rəsmi Ankara-İrəvan danışıqları barədə açıqlama yayıb.
“Biz mövcud fikir ayrılıqlarının tənzimlənməsi üçün iki ölkənin diplomatiyasının cəlb olunduğu Türkiyə-Ermənistan danışıqlarını səmimi şəkildə alqışlayırıq”, - ABŞ Dövlət Departamentindən bildirilib.
Qeyd edək ki, yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib.
Aktual Xəbər
Ermənistan Baş nazirinin müavini: "Sərhədlərin delimitasiyası üzrə ilk görüş konstruktiv keçdi"
SİYASƏT
Çin lideri: "Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm"
117
26 May, 2022 22:13