QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Jun 2023, 17:03
Ekspert: “Kaxovka SES-i müzakirə edən beynəlxalq ictimaiyyəti Oxçuçayın taleyi maraqlandırmayıb”
“Kaxovka su elektrik stansiyasında (SES) baş vermiş partlayışı fəal şəkildə müzakirə edən beynəlxalq ictimaiyyəti Ermənistanın Oxçuçay zonasında flora və faunanı çirkləndirməsi və sonradan məhv etməsi maraqlandırmayıb”.

Bunu “Qalanews”a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov bildirib.

“İndi görürük ki, Kaxovka SES-də baş vermiş partlayışdan sonra insanlarda açıq isteriya yaranıb və kimin günahkar olması barədə qızğın müzakirələr gedir. Amma eyni zamanda xatırlayırıq ki, Ermənistan vaxtilə Oxçuçayı faktiki olaraq məhv edib və Mingəçevir su anbarını dağıdacağı ilə bağlı çox sayda bəyanat verib”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu müddət ərzində beynəlxalq ictimaiyyət buna susub.

“Bu məqamda qeyd edək ki, Ermənistan subyekt deyil, obyektdir. O, təsirlərə məruz qalır. Hazırda Ermənistan qərbyönlü siyasət yürüdür. Buna görə də bu kontekstdə heç kəs onu ​​qınamayacaq”, - politoloq deyib.

Y.Mixaylov əlavə edib ki, Ermənistanda 10-dan çox ikili təyinatlı bioloji laboratoriyalar var və bu obyektlərdə sızmaların baş verməsi bütün region üçün təhlükə yarada bilər.



Baxış sayı: 141



OXŞAR XƏBƏRLƏR