QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Jun 2023, 16:45
Bakı şəhəri Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək - Fotolar
BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) Assambleyasının Keniyada keçirilən 2-ci sessiyasında Ümumdünya Məskunlaşma Gününün 2023-cü ildə Bakı şəhərində qeyd edilməsinə dair qərar qəbul edilib.

Bu barədə “Qalanews”ya Dövlət Şəhərsalma Komitəsindən bildirilib.

Məlumata əsasən, iyunun 8-də Nayrobi şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və “UN-Habitat”ın icraçı direktoru Maimunah Mohd Şarif tərəfindən bununla bağlı imzalanmış Niyyət Protokoluna əsasən, həmin beynəlxalq tədbir oktyabrın 2-də təşkil ediləcək.

BMT-nin 1985-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, Ümumdünya Məskunlaşma Günü hər il bir ölkədə qeyd olunmaqla hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatını təşviq edir, dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsi üzrə qlobal platforma rolunu oynayır.

Bu il Ümumdünya Məskunlaşma Gününün əsas mövzusu davamlı şəhər iqtisadiyyatı və şəhərlərin tərəqqi mərkəzləri rolu ilə bağlı məsələlərin müzakirəsinə həsr ediləcək.




Baxış sayı: 132



OXŞAR XƏBƏRLƏR