QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 May 2023, 16:06
Sentyabr şəhidinin övladı dünyaya gəlib, “YAŞAT” Fondu xərclərini qarşılayıb
“YAŞAT” Fondu sentyabr şəhidinin övladının xərclərini qarşılayıb.

Bu barədə "Qalanews"a Fonddan məlumat verilib.

Bildirilib ki, 12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Azər Məmmədovun Sumqayıt şəhərində doğulan övladı Azayın zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Azayın adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Layihə indiyədək 106 şəhid övladını əhatə edib.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.



Baxış sayı: 160



OXŞAR XƏBƏRLƏR