QALA NEWS

19 Mart Çərşənbə axşamı

Bakı 9˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Mar 2023, 18:33
“Ermənistanla Azərbaycan danışıqlarda məqbul ifadələr tapıb” - Mirzoyan
“Ermənistanla Azərbaycan danışıqlarda məqbul ifadələr tapıb” - Mirzoyan

“Ermənistan və Azərbaycan sülh müqaviləsi danışıqlarının bir neçə raundunda ideal olmasa da, qarşılıqlı məqbul ifadələr tapıblar”.

Qalanews  “armenpress.am” saytına istinadla xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

O vurğulayıb ki, bununla belə, ilkin əhəmiyyət kəsb edən məsələlər hələ də müzakirə olunur: “Müzakirələr, fikir mübadiləsi aparılıb, bəzi güzəştli mətnlər hazırlanıb. Təəssüf ki, bu, prioritet olmayan məsələlərə aiddir. Bütün prioritet məsələlər hələ də müzakirə olunur”.

Nazir bildirib ki, danışıqlar prosesində vasitəçilik yoxdur: “Bu danışıqlar ikitərəflidir. Azərbaycanla sülh müqaviləsində Qərb və ya Rusiya variantından söhbət getmir”.




Baxış sayı: 138



OXŞAR XƏBƏRLƏR