QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Mar 2023, 11:10
Bağanis-Ayrım hadisəsinə görə 18 erməni beynəlxalq axtarışdadır
Bağanis-Ayrım hadisəsinə görə 18 erməni beynəlxalq axtarışdadır
Bağanis-Ayrım hadisələrini törədən 18 erməni beynəlxalq axtarışdadır.

Qalanews   xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan Azərtac-a bildirilib. Qeyd edilib ki, həmin hadisə ilə bağlı cinayətlər törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Həmin şəxslərin axtarışları üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Bağanıs Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub. 1990-cı il martın 24-də qanunsuz erməni silahlı birləşmələri Ermənistan ərazisindən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum edərək üçü qadın, biri 39 günlük körpə olmaqla 10 nəfəri xüsusi amansızlıqla qətlə yetiriblər. 2 şəxsə bədən xəsarətləri yetirilib, 12 yaşayış evi yandırılıb, 438 nəfər kənd sakini yerlərindən didərgin salınıblar.

Bu gün Qazaxın 7 kəndi Ermənistanın işğalı altındadır.




Baxış sayı: 138



OXŞAR XƏBƏRLƏR