QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 Sep 2022, 13:55
Hikmət Hacıyevlə Armen Qriqoryan arasında görüşdə müzakirə olunan məsələlər açıqlanıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

Bu barədə H.Hacıyev məlumat verib.

"Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik. Görüşün nəticələri haqda Ceyk Sullivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilmişdir. Burada da əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslər məsələləri müzakirə olunub", - Prezidentin köməkçisi qeyd edib.

Xatırladaq ki, sentyabrın 27-də Ağ evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sullivanın təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub.




Baxış sayı: 229



OXŞAR XƏBƏRLƏR