QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 Sep 2022, 22:13
Ukrayna Rusiyaya malların ixracına tam qadağa qoyub

Ukrayna Nazirlər Kabineti ölkədə hərbi vəziyyət başa çatana qədər Rusiyanın gömrük ərazisinə malların ixracına tam qadağa qoyulması haqqında qərar qəbul edib.

Qalanews Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hökumət müvafiq qərarı sentyabrın 27-də keçirilən iclasın yekunları üzrə qəbul edib.

Qərar hərbi vəziyyətin dayandırılacağı və ya ləğv ediləcəyi, Rusiyanın Ukraynaya qarşı qeyri-dost hərəkətlərinə son qoyacağı günə qədər qüvvədə olacaq.

Baş nazirin birinci müavini Yuliya Sviridenkonun sözlərinə görə, bu yolla Ukrayna Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirir.



report




Baxış sayı: 218



OXŞAR XƏBƏRLƏR