QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 19 May 2022, 16:30
"Azərsu" ABŞ-da keçirilmiş “WasteExpo-2022” sərgi-konfransına qatılıb

"Azərsu" ASC mayın 9-12-də ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş “WasteExpo-2022” sərgi-konfransında təmsil olunub.

Qalanews səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, tədbiri ABŞ-ın Kommersiya Xidməti təşkil edib.

Sərgidə müxtəlif ölkələrdən 14 mindən çox mütəxəssis iştirak edib, bərk məişət tullantıları və təkrar emal sənayesi, tullantı sularının təmizlənməsi sahəsində qabaqcıl texnologiyalar və innovasiyalar nümayiş etdirilib. Bundan başqa, bərk və maye tullantılarının təkrar emalı və kənarlaşdırılması sahəsindən ixtisaslaşmış 600-dən çox şirkətin nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirilib. “Azərsu”yun Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Samir Qənili “WasteExpo 2022” sərgi-konfransda iştirak edib.

Səfər çərçivəsində tullantı sularının idarə olunması sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, innovasiyalar sahəsində fikir mübadilələri aparılıb.




Baxış sayı: 294



OXŞAR XƏBƏRLƏR