QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 Jul 2023, 17:50
İki şirkət Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən kənarlaşdırılıb
"Uniprice” və “Korall Consulting” MMC-lər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıralarından xaric edilib.

"Qalanews" bu barədə Cəmiyyətə istinadən xəbər verir.

Məlumata görə, həmin şirkətlər dövlət satınalmaları zamanı AQC-yə üzvlüklə bağlı saxta sənədlər hazırlayıb, “çətir şirkətlər” yaradaraq dövlət tenderlərində süni yollarla rəqabət yaradıb, bununla da Cəmiyyətin nüfuzuna ciddi xələl gətirib.

AQC-nin İdarə Heyəti adıçəkilən şirkətlərin faktiki sahibi Ramil Qasımzadənin əməlindən aiddiyatı dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına şikayət etmək barədə qərar qəbul edib. Həmin şəxsin “Uniprice” və “Korall Consulting”lə yanaşı, “Azprice Group”, “Azvalue”, “Morion”, “Açar” və “Sorğu Ekspert Mərkəzi” MMC-lərin də sahibi olması və bu şirkətlərdən dövlət tenderləri zamanı süni rəqabət yaratması məqsədilə istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

“Azprice Group”un dövlət satınalması zamanı saxta möhür, imza və şəhadətnamədən istifadə edərək dövlət orqanlarını aldatması, saxta sənədlərdən istifadə faktı, eləcə də R.Qasımzadənin fəaliyyətinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.




Baxış sayı: 277



OXŞAR XƏBƏRLƏR