QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 Jul 2023, 17:52
Azərbaycandan Moskvaya göndərilmiş pomidorda güvə aşkarlanıb
Azərbaycandan Rusiyanın Moskva vilayətinə ixrac edilmiş 16 ton təzə pomidorda “Cənubi Amerika pomidor güvəsi” aşkarlanıb.

"Qalanews" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, Azərbaycandan gətirilən məhsulları "Rosselxoznadzor"un Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi “LC” Western Gates” QSC-nin müvəqqəti saxlama anbarında yerləşən fitosanitar nəzarət postunda yoxlayıb.

“Rosselxoznadzor”un tabeliyində olan Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBI VNIIKR) mütəxəssisləri laboratoriya müayinəsi ilə karantin obyektinin varlığını təsdiqləyib.

Rusiyanın fitosanitar qanunvericiliyinə uyğun olaraq, karantin məhsulları Azərbaycana - yükgöndərənə geri qaytarılıb.




Baxış sayı: 276



OXŞAR XƏBƏRLƏR