QALA NEWS

22 İyul Bazar ertəsi

Bakı 23˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 20 Jul 2023, 16:19
Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin qiyməti kəskin artıb, sayı azalıb - STATİSTİKA
Gürcüstan bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 226,1 milyon ABŞ dolları dəyərində 14 206 ədəd avtomobil ixrac edib.

QalaNews.com-un Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, 2023-cü ilin birinci yarısında Azərbaycana ixrac edilən avtomobillərin dəyəri illik ifadədə 74,8% və ya 96,78 milyon dollar artıb, sayı isə 292 ədəd və ya 2% azalıb.

Statistikaya əsasən, ötən ilin birinci yarısında Gürcüstan Azərbaycana 129,3 milyon dollar dəyərində 14 498 ədəd avtomobil ixrac edib.



Baxış sayı: 319



OXŞAR XƏBƏRLƏR