QALA NEWS

20 İyun Cümə axşamı

Bakı 26˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 May 2023, 11:24
Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşır
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,65 % artaraq 78,98 ABŞ dolları təşkil edib.

Qalanews report-a istinadən xəbər verir ki, bu barədə neft bazarındakı mənbədən bildirilib. 

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçersləri 77,12 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66

ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.




Baxış sayı: 134



OXŞAR XƏBƏRLƏR