QALA NEWS

29 May Çərşənbə

Bakı 20˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 May 2023, 18:47
İRİA: “Caucasus Ventures” azərbaycanlı təsisçilərə məxsus 3 startapa investisiya edib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) innovasiya sahəsində görülən işlərin birinci rüb hesabatını açıqlayıb.

"Qalanews" agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, İRİA-nın sədr əvəzi İnarə Vəliyeva agentliyin cari ilin birinci rübü ərzində innovasiya ekosistemi və startapların inkişafının təşviq olunması istiqamətində gördüyü işlərdən, dəstəklədiyi proqram və layihələrdən bəhs edib.

““Technest” Təqaüd Proqramı 2021-ci ildə 618, 2022-ci ildə 1500-dən artıq insanı İKT üzrə təqaüdlə təmin edib. Cari ilin birinci tədris rübü üzrə 1626 nəfər təhsil alır ki, sentyabrda daha 1500 nəfərə təqaüd veriləcək. Eyni zamanda, İsrailin “Technion” institutu ilə təsis edilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 60 nəfər kibertəhlükəsizlik üzrə intensiv tədris proqramına başlayıb. Təlimlərin növbəti dalğasına qeydiyyat davam edir.

Texnologiyalar parkının rezidenti olaraq texnoparkdan kənar fəaliyyət üçün artıq 29 şirkət rezidentlik hüququ əldə edib. Məhz bu şirkətlər 10 il müddətində gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq vergisindən azad olunacaqlar. Eyni zamanda sosial sığorta ödənişi üçün təqdim edilən güzəşt və seçim imkanlarından da yararlana biləcəklər. Ötən il tərəfdaşlarımızla birgə təsis etdiyimiz ölkənin ilk vençur fondu olan “Caucasus Ventures” artıq azərbaycanlı təsisçilərə məxsus 3 startapa investisiya edib və daha 6 startap izləmə mərhələsindədir. Eyni zamanda, İRİA-nın dəstəklədiyi “Technovate” mələk investorlar klubu ilk dəfə olaraq 125 min ABŞ dolları dəyərində investisiya həyata keçirib”, - deyə İnarə Vəliyeva vurğulayıb.



Baxış sayı: 143



OXŞAR XƏBƏRLƏR