QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 May 2023, 18:44
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların sayı azalıb
Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilik Şurasının qərarına əsasən “Günay Bank” ASC Fonda üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.

Bu barədə "Qalanews" ADİF-ə istinadən xəbər verir. Məlumata görə, bununla da Fonda üzv bankların sayı 25-dən 24-ə enib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı mayın 16-da "Günay Bank"ın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək "Banklar haqqında" qanuna əsasən, onun lisenziyasını ləğv edib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib. Mayın 18-də Bakı Kommersiya Məhkəməsi "Günay Bank"ın müflis elan edərək, Əmanətlərin Sığortalanması Fondunu ona ləğvedici təyin edib.



Baxış sayı: 141



OXŞAR XƏBƏRLƏR