QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Apr 2023, 15:08
Melaniya Tramp ərinin həbsindən sonra səssizliyini pozdu
Melaniya Tramp ərinin həbsindən sonra səssizliyini pozdu 
Son günlər ABŞ-nin 45-ci prezidenti Donald Trampın həbsi ilə bağlı xəbərlər gündəmdədir. Ölkənin sabiq lideri seçki kampaniyası üçün ayrılan vəsaitdən sui-istifadədə ittiham olunur.

Həm ölkə həyatında, həm də şəxsi münasibətlərdə baş verən hər hansı hadisəyə şərh verməkdən imtina edən və uzun müddət susan keçmiş birinci xanım Melaniya Tramp ərinin həbsi fonunda özünü xatırlatmaq qərarına gəlib. O, sosial şəbəkədə yeni paylaşım edib. Ancaq onun statusu Donald Trampla bağlı vəziyyətə aid olmayıb.

Trampın həyat yoldaşı keçmiş prezidentin həbsi və məhkəməsi ilə bağlı düşüncələri əvəzinə həmyerlilərini Pasxa bayramı münasibətilə təbrik edib.

Onu da bildirək ki, Melaniya Tramp məhkəmədə əri Donald Trampı dəstəkləmək üçün Nyu-Yorka getməyib.

Keçmiş Ağ Ev rəhbərinin Melaniya Trampla nikahda doğulan uşaqları da məhkəmədə iştirak etməyiblər.



Baxış sayı: 173



OXŞAR XƏBƏRLƏR