QALA NEWS

15 İyul Bazar ertəsi

Bakı 23˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Jul 2023, 14:47
Markın yaratdığı “Threads”in istifadəçiləri durmadan artır
ABŞ-nin “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqin yeni yaratdığı “Threads” sosial şəbəkəsinin istifadəçilərinin sayı durmadan artır.

“Qalanews” xəbər verir ki, bu gün istifadəyə verilən mobil tətbiqdə artıq 2 000 000-dan çox insan qeydiyyatdan keçib.  

Bu barədə Zukerberq sözügedən platformadakı hesabında bildirib.

Qeyd edək ki, “Threads” instaqramın bazasında çalışır və tviterin analoqu hesab olunur.

Xatırladaq ki, bir müddət əvvəl “Meta” şirkətinin rəhbəri Mark Zukerberq tviter sosial şəbəkəsinin sahibi İlon Maskla “qəfəs döyüşü” keçirməyə hazır olduğunu demişdi. Biznesmenlər arasında mübahisəyə səbəb “Meta”nın menecerlərindən biri şirkət rəhbərliyinə tviterə rəqib ola biləcək “Threads” (yaxud Project 92) tətbiqinin necə olacağını təqdim etməsi olmuşdu. Lakin sonradan “qəfəs döyüşü” baş tutmamışdı.




Baxış sayı: 178



OXŞAR XƏBƏRLƏR