QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Nov 2023, 23:22
Azərbaycanlı şagirdlər ABŞ-da beynəlxalq olimpiadada qızıl və gümüş medallar qazanıblar
ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən “The World Scholar's Cup” beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri iki qızıl, 15 gümüş medal qazanıb.

“Report” xəbər verir ki, 40-dan çox ölkədən istedadlı şagirdlərin qatıldığı yarışın illik çempionlar turnesinin mükafatlandırma mərasimi universitetin “Woolsey Hall” auditoriyasında baş tutub.

Gərgin bilik yarışında həmyerlilərimiz Rəsul Qədimxanlı və Məryəm Məmmadova həm qızıl, həm də gümüş medal, Abbas Mazanli, Maqsud Məmmədov, İslam ƏfəndiyevKamal Zülfüqarlı isə gümüş medal qazanblar.

Azərbaycan bayrağını səhnəyə həmyerlimiz A.Mazanlı gətirib. Şagirdlərin uğurları hər kəs tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, beynəlxalq yarışda Azərbaycan nümayəndə heyəti üç məktəbdən ibarət (Avropa Azərbaycan Məktəbi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi (MTK) və Oksbric Akademiyası) komanda ilə təmsil olunurlar.








Baxış sayı: 181



OXŞAR XƏBƏRLƏR