QALA NEWS

22 İyul Bazar ertəsi

Bakı 23˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 23 Jun 2023, 14:49
Elnur Əliyev: “Rəqəmsal biliklərin artırılması iqtisadiyyatın sürətli inkişafına şərait yaradır”
Rəqəmsal biliklərin artırılması iqtisadiyyatın daha sürətli inkişafına münbit şərait yaradır.

“Qalanews”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Elm və Təhsil və İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün “İT-Akademiya” təhsil layihəsi üzrə keçirilən “İkinci dalğa” adlı məzun günündə bildirib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda cərəyan edən trendləri izləyən Azərbaycan da cəmiyyətin yüksək rəqəmsal bacarıqlara sahib olmasını və innovativ iqtisadiyyatın formalaşdırılmasını hədəfləyir.

“İT – Akademiya”nın müasir əmək bazarının tələblərinə cavab verən insan resurslarının formalaşdırılmasına dəstək verdiyini bildirən nazirin birinci müavini bunun məzunların karyerasına, eləcə də ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə olacağını qeyd edib.

Elm və təhsil naziri Emin Əmrullayev “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin nəzdində fəaliyyət göstərən “İT – Akademiya”da təhsil almış tələbələrin məzun günündə çıxışı zamanı bildirib ki, “İT – Akademiya”nın fəaliyyəti ölkənin informasiya texnologiyaları bazarının inkişafına töhfədir: “İnnovasiya və yeni texnologiyaların geniş tətbiqi təhsil sisteminin təkmilləşdirilməsinə zəmin yaradır. Bu tipli layihələr ortayaşlı insanların əmək bazarında rəqabətədavamlı olması və öz peşəsini dəyişmək istiqamətində geniş imkanlar qazanması baxımından böyük rola malikdir”.

“Alqoritmika”nın baş direktoru Andrey Lobanov öz növbəsində müasir inkişaf tələbləri fonunda İT sahəsinin əhəmiyyəti barədə fikirlərini bildirib, rəhbəri olduğu qurum tərəfindən tətbiq olunan tədris metodları barədə məlumat verib.

Daha sonra Elm və Təhsil, İqtisadiyyat nazirliklərinin birgə dəstəyi ilə yaradılan “İT – Akademiya”nın fəaliyyəti və tədris prosesi barədə təqdimat nümayiş olunub.

Tədbir çərçivəsində “İT – Akademiya”da tədris müddətində uğurlu nəticə göstərən 11 məzun sertifikatla təltif olunub, İT sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri ilə görüşlər keçirilib.

Qeyd edək ki, “İT-Akademiya” təhsil layihəsi üzrə keçirilən məzun günündə elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin baş direktoru Andrey Lobanov, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, aidiyyəti dövlət qurumları və şirkətlərin nümayəndələri iştirak ediblər.



Baxış sayı: 177



OXŞAR XƏBƏRLƏR