QALA NEWS

20 İyun Cümə axşamı

Bakı 26˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Mar 2023, 12:27
Şəkidə yeni intensiv fındıq bağları salınır
Şəkidə yeni intensiv fındıq bağları salınır
Respublikanın ən böyük aqrar rayonlarından biri olan Şəkidə fındıqçılıq geniş inkişaf etdirilir.

Qalanews   xəbər verir ki, martın 30-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Monte-Ferro” şirkəti tərəfindən rayonda yeni salınan intensiv fındıq bağlarına baxış keçirib, burada yaradılan müasir şəraitlə tanış olub.

“Monte Ferro” şirkəti 2017-ci ildən Şəki rayonu ərazisində fəaliyyət göstərir. Şirkət əsasən icarəyə götürdüyü dövlət, bələdiyyə və pay torpaqlarında fındıq bağları salmaqla məşğuldur. Fəaliyyət göstərdiyi dövrdə şirkət tərəfindən Şəki rayonu ərazisində ümumilikdə 1362 hektar sahədə yeni fındıq bağları salınıb. Onun 570 hektarı Bideyiz kəndi ərazisində, 432 hektarı Biləcik kəndi ərazisində, 360 hektarı isə İnçə kəndi ərazisində yerləşir.

Yeni salınan fındıq bağlarında əsasən “Ata-bala”, “Zaqatala-9” və s. kimi yerli fındıq sortlardan istifadə edilir. Bu sortların tingləri Qax və Zaqatala rayonlarından əldə edilir. Şirkət 2023-cü ilin əkinində İtaliyadan gətirilmiş “Romana” və “Nokiana” fındıq sortlarının tinglərindən istifadə edib. Yeni salınan bağlarda 6X5 əkin sxemindən istifadə edilib və bir hektara 320 ədəd ting əkilib.

Yeni salınan intensiv bağlarda suvarma işlərinin aparılması üçün damla-suvarma sistemi quraşdırılaraq istifadəyə verilib, suvarma suyuna olan tələbatın ödənilməsi üçün yeni salınan bağların ərazisində 8 ədəd subartezian quyusu quraşdırılıb, 4 ədəd 10 min kubmetr su tutumu olan hovuzlar inşa edilib. Şirkətin yeni saldığı fındıq bağlarında elektrik xətlərinin çəkilməsi, yolların salınması və digər infrastrukturun yaradılması təmin edilib.

Hazırda müəssisə tərəfindən yeni icarəyə götürülən 960 hektar (onun 130 hektarı Bideyiz kəndi, 830 hektarı isə İnçə-Zunud kəndləri ərazisində) torpaq sahələrində təmizlik - hazırlıq işləri aparılır və qarşıdakı illərdə həmin sahələrdə intensiv fındıq bağlarının salınması nəzərdə tutulub.



Baxış sayı: 152



OXŞAR XƏBƏRLƏR