QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Mar 2023, 18:02
Azərbaycan neftinin büdcə qiyməti artırıla bilər
Azərbaycan neftinin büdcə qiyməti artırıla bilər
“Azərbaycan hökuməti bu il neftin dövlət büdcəsində nəzərdə tutulmuş qiymətinin (hazırda 50 ABŞ dollarıdır) artırılmasını istisna etmir”.

Qalanews.com   xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

“Bu il biz neftin büdcə qiymətini 50 dollardan götürmüşük, amma may ayında bu qiymətdə artım ola bilər. Gözləntilərimiz yüksəkdir”, - deyə o qeyd edib.

Bundan başqa, hökumət başçısı deyib ki, ölkədə süni qiymət artımı halları var və bununla mübarizə aparılır:

“Süni qiyməti artımları ilə bağlı gündəlik monitorinqlər keçirilir və bunun qarşısını almaq hökumətin əsas vəzifəsidir. Mübarizəni bundan sonra ciddiləşdirəcəyik”.



Baxış sayı: 158



OXŞAR XƏBƏRLƏR