QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Mar 2023, 17:09
Martın bütün sosial ödənişləri verildi
Martın bütün sosial ödənişləri verildi
Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib.

Bu barədə  Qalanews.com-a  ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, bundan əvvəl martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, martın 15-də ölkənin digər bölgələri üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların mart ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, mart ayının bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi bayram ərəfəsində yekunlaşıb.



Baxış sayı: 143



OXŞAR XƏBƏRLƏR