QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 19 May 2022, 10:30
İtaliyada əhalinin yarıdan çoxuna 200 avroluq birdəfəlik yardım veriləcək

İtaliyada ölkə əhalisinin yarıdan çoxuna 200 avroluq birdəfəlik yardım veriləcək.

Qalanews AZƏRTAC-a istinadən bildirir ki, hökumət birdəfəlik yardımla pandemiya və artan enerji qiymətləri fonunda iqtisadi və investisiyaların cəlbi sahəsində aktivliyi artırmaq, eləcə də ev təsərrüfatlarına və kiçik bizneslərə dəstəyi nəzərdə tutur.

Təxminən 31,5 milyon nəfərə şamil olunacaq birdəfəlik yardım illik gəliri 35 min avrodan az olanlara veriləcək. İşçilər və tələbələr üçün 60 avrodan başlayan ictimai nəqliyyat vauçerləri də elektron şəkildə ödəniləcək və dekabr ayına qədər istifadə edilə bilər.

Həmçinin birdəfəlik müavinətin maliyyələşdirilməsi üçün 500 milyon avroluq xüsusi fond yaradılır.




Baxış sayı: 274



OXŞAR XƏBƏRLƏR