QALA NEWS

22 İyul Bazar ertəsi

Bakı 23˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 Jul 2023, 15:27
Qazanılmadan xərclənən pullar - bu cür tendensiya təhlükəlidirmi?
Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da kredit kartlarından istifadə getdikcə genişlənir.

Bu gün ölkədə işləyən insanların çoxu qazanmadığı pulları xərcləyir.

Yəni, vətəndaşlarımız onlara ayrılmış kredit xətləri ilə alış-veriş edir, maaş alanda həmin məbləği yerinə qoysa da, çox vaxt elə növbəti gün yenidən borclanmağa başlayır. Bəs bu cür tendendiya təhlükəlidirmi? "Report" iqtisadçı-ekspertlərlə bu suala cavab tapmağa çalışıb.

Onlardan biri - Əkrəm Həsənov hesab edir ki, insanların qazanmadığı pulları xərcləməsi yaxşı tendensiya deyil: "Doğrudur, bu cür xərcləmələr bütün dünyada var, amma hər halda arzu olunan vəziyyət deyil. İnsan ayağını yorğanına görə uzatmalıdır ki, həddindən çox borclanmasın. Qazanılmayan pulların xərclənməsi ehtiyacdan çox vətəndaşların maliyyə savadının olmamasından irəli gəlir. Bu cür vəziyyət də banklara sərf edir. Pulu vaxtında yerinə qoymaq mümkün olmadıqda onun üzərinə faiz gəlir, borc şişir. Hesab edirəm ki, banklar insanları həddindən yükləməməlidir. Çünki vətəndaşlara nə qədər kredit xətti təklif etsələr o qədər də götürürlər".

Digər ekspert Xalid Kərimli isə deyir ki, Azərbaycanda qazanılmayan pulların xərclənməsi tendensiyası hələ ki, digər, əsasən inkişaf etmiş ölkələrlə müqayisədə zəifdir, amma bu tendensiyanın güclənməsinə imkan vermək olmaz: "Yaranmış vəziyyətdən həm real, həm də maliyyə sektoru yararlansa da, insanların ehtiyatlı davranması da təşviq edilməlidir. olmalıdır. Vətəndaşlar gəlirlərinə uyğun hərəkət etməyəndə tədricən maliyyə sektoru üçün də problem yaradırlar. Müsbət haldır ki, Azərbaycan Mərkəzi Bankı insanların həddindən çox borclanmasına imkan vermir. Banklar kredit verəndə və yaxud kredit xətti açanda aylıq ödənişin aylıq gəlirə nisbətini nəzərə almalı olurlar".

İqtisadçı-ekspert Rəşad Həsənov da qazanılmayan pulların xərclənməsinə normal yanaşmır. Onun sözlərinə görə, bu cür xərcləmələr ölkədə iqtisadi aktivliyin artmasına təsir edə bilər, amma gələcək riskləri də nəzərə almaq lazımdır: "Doğrudur, gələn ay alınacaq maaşın bu ay xərclənməsi istehsalın dəyər zəncirinin digər halqalarında fəaliyyətin aktivləşməsinə, sonucda məcmu tələbin artmasına, gözlənilən ressesiyanın təsirlərinin daha zəif olmasına və yaxud stoqnasiyadan daha tez çıxılmasına şərait yarada bilər. Amma burada həm vətəndaşlar, həm də banklar üçün risklər də var. İqtisadi böhran dövründə insanlar işsiz qalanda öz borclarını ödəyə bilmirlər, faizlər hesabına getdikcə daha çox borclanırlar, banklar isə likvidlik problemi ilə üzləşirlər. Belə hallarla üzləşməmək üçün kreditləşmə siyasəti maksimum ehtiyatlı həyata keçirilməlidir".



Baxış sayı: 297



OXŞAR XƏBƏRLƏR