QALA NEWS

22 İyul Bazar ertəsi

Bakı 23˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Aug 2023, 13:40
BP: Qlobal neft və qaz qiymətləri yüksək volatillik vəziyyətində qalacaq
Böyük Britaniyanın BP şirkəti yaxın aylarda neft və qaz qiymətlərinin tarixi yüksək dəyişkənlik vəziyyətində (volatil) qalacağını gözləyir.

QalaNews.com  “S&P Global Commodity Insights”a istinadən verdiyi məlumata görə, bunu BP-nin baş icraçı direktoru Bernard Luni (Bernard Looney) bildirib.

O, regional qaz ehtiyatlarının hazırda mövsümi səviyyədən yüksək olmasına baxmayaraq, Rusiya-Ukrayna münaqişəsi sonunda 20% azaldıqdan sonra bu qış Avropanın təbii qaza tələbatının bərpası ehtimalına xüsusi işarə edib.

Edvard Luninin sözlərinə görə, çox güman ki, qlobal neft qiymətləri artan tələb, “OPEC+” razılaçması çərçivəsində (Azərbaycanın iştirakçısı olduğu OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) nizam-intizamının artması və qısa və ortamüddətli perspektivdə ABŞ-da hasilat artımının yavaşlaması ilə dəstəklənəcək.

Bundan əlavə, BP-nin rəhbəri gündəlik qlobal neft tələbatının bu il 2 mln. bareldən çox, gələn il isə 1 mln. bareldən çox artacağını gözlədiyini söyləyib.

Qeyd edək ki, BP Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin iştirakçısıdır.



Baxış sayı: 306



OXŞAR XƏBƏRLƏR