QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Aug 2023, 14:58
ACE platformasının üst modulu bu yaxınlarda dənizə göndəriləcək
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) platformasının üst modulu dənizə bu ilin üçüncü rübündə göndəriləcək.

Bu barədə QalaNews.com AÇG layidəsinin operatoru olan Böyük Britaniyanın BP şirkətinin hesabatına istinadən xəbər verir.

Qeyd olunur ki, ACE) platformasının üst blokunun tikintisi başa çatıb və dənizə göndərilmə 2023-cü ilin üçüncü rübündə baş tutmalıdır.

Hesabatda vurğulanır ki, ACE layihəsi AÇG yatağının işlənməsinin növbəti mərhələsidir.

Ötən ay elan olunub ki, “ATA (“Amec”-“Tekfen”-“Azfen”) yard” sahəsində inşa edilmiş ACE platformasının üst modulu dənizdəki əməliyyat yerinə çatdırılması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənib.

Qeyd edək ki, son illər AÇG-də neft hasilatında təbii azalma müşahidə olunur. Yeni platformanın tikintisi də blokda hasilatın stabilləşməsi məqsədi daşıyır. ACE platformasının tikintisi layihəsi çərçivəsində işlər 90% tamamlanıb.

Yeni platformada ilk neftin çıxarılması gələn ilin əvvəlində gözlənilir. 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 mln. barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.



Baxış sayı: 349



OXŞAR XƏBƏRLƏR