Azərbaycan bu il noyabrın 9-11-də Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində keçiriləcək "Halal Ticarət, Logistika və İstehsalat Sərgisi"ndə iştirak edəcək.
QalaNews.com xəbər verir ki, bunu İslam Palatasının Halal Xidmətinin (ICHS) baş direktoru Ashraf ElTanbouly bu gün Bakıda işini davan etdirən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında - "ICHS-in halal bazarına daxil olmaq üçün yeni hazırlanmış təşəbbüsləri" mövzusunda müzakirələrdə tədbirdə deyib.
Onun sözlərinə görə, "Halal Ticarət, Logistika və İstehsalat Sərgisi" halal sənayelərin qlobal inkişafına təkan verəcək: "Sərgidə 65 ölkədən 200-dən çox şirkət iştirak edəcək, halal sertifikatlı, ticarətə hazır şirkətləri, alıcıları, aparıcı brendləri, istehsalçıları və distribüterləri bir araya gətirəcək".