QALA NEWS

08 May Çərşənbə

Bakı 13˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 May 2023, 15:20
Qanunsuz totalizator qumar oyunlarının qarşısının alınması üçün qanunvericiliyə dəyişiklik ediləcək
“Qanunsuz totalizator qumar oyunlarının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi və “Azərlotereya” tərəfindən qanunvericiliyə dəyişiklik təklif ediləcək. Qəbul edirəm ki, bəzi şanslı oyun saytları sosial şəbəkələrdə çox geniş yayılıb”.

Qalanews xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

Nazir müavini bildirib ki, eyni zamanda bununla bağlı müraciət edilib: “İnanıram ki, xaricdə qeydiyyatdan keçən həmin şans oyunlarının fəaliyyəti yaxın zamanda ölkəmizdə məhdudlaşdırılacaq”.



Baxış sayı: 131



OXŞAR XƏBƏRLƏR