QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Mar 2023, 11:51
Cari ildə qeyri-neft sektoru üzrə ixrac 36%-dən çox artıb
Cari ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracı 4,5 mlrd. dollar, qeyri-neft sektoru üzrə ixrac 651,4 mln. dollar təşkil edib.

Qalanews   İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin iki ayı ilə müqayisədə 36,6% artıb.

2023-cü ilin yanvar-fevral ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6,6 dəfə, şəkər ixracı 78,5%, çay ixracı isə 22,7% artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 124,8 mln. dollar təşkil edib. 2023-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,2%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,8% artıb.



Baxış sayı: 154



OXŞAR XƏBƏRLƏR