QALA NEWS

06 May Bazar ertəsi

Bakı 13˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: ReDel Mondo 02 Feb 2023, 00:45
Hindistanda laboratoriya şəraitində yetişdirilən brilyant sektoruna yeni təkan verildi.

Hindistan dövləti sintetik almazların hazırlanması üçün lazımlı olan toxumları ölkəyə idxalı zamanı veriləcək gömrük rüsumundan tam azad etdi və ölkənin laboratoriya sənayesinin inkişafı üçün əlavə maliyyə ayıracağına vəd verib.

Hindistanın maliyyə naziri Nirmala Sitharaman çərşənbə günü ittifaq büdcəsi ilə bağlı illik çıxışında mellumat verdi ki, istehsalçıların sintetik almazın xammalı yaratmaq üçün istifadə etdikləri hissələrə gömrük rüsumları əvvəlki 5%-lik nisbətdən sıfıra enəcək. İstehsal xərclərinin azaldılmasına olan qanuna düzəliş cümə axşamınan qüvvəyə minəcək.

“Laboratoriyada yetişdirilən brilyantlar (LGD) yüksək məşğulluq potensialına malik texnologiya və innovasiyaya əsaslanan inkişaf etməkdə olan bir sektordur” Sitharaman dedi. "Bunlar təbii almazlarla eyni optik və kimyəvi xüsusiyyətlərə malik ekoloji cəhətdən təmiz almazlardır."




Baxış sayı: 200



OXŞAR XƏBƏRLƏR