QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: Mahmud Hajialiyev 01 Feb 2023, 02:06
Ilon Mask Twitter sosial şəbəkəsini ödəniş platformasına çevirmək istəyir

Payız aylarında Ilon Mask, şirkətin pay sahibləri ilə və reklamçılarnan görüşdə Twitteri super tətbiqə çevirəcəyini və öz gələcək planları haqqında onlara məlumat vermişdir. 

Əldə etdiyimiz məlumata əsasən bu yaxınlarda Twitter sosial şəbəkəsi öz tərkibində ödəniş sistemi yaradılması üçün lazımlı lisenziyaların alınması üçün müraciət edib.

Başlanğıcda platforma adi valyutalarla işləyəcək və sizə ödənişlər etməyə, əmanət hesabları yaratmağa və debet kartları açmağa imkan verəcək. Kriptovalyuta dəstəyi isə bir zaman sonra əlavə olunacaq.

Maskın Twitter-dən mal və xidmətlərin sifariş oluna biləcəyi "super proqram" yaratmaq planlarını nəzərə alsaq, ödəniş platforması buna doğru daha bir addımdır. Hələlik xidmətin istifadəyə verilmə tarixi və hansı ölkələrdə ilk istifadəsi mümkün olması barədə heç bir məlumat yoxdur.




Baxış sayı: 194



OXŞAR XƏBƏRLƏR