Rusiyalı tanınmış jurnalist Andrey Karulovun Rusiyadan çıxışı müvəqqəti məhdudlaşdırılıb.Qalanews-ın Moskva müxbiri xəbər verir ki, bu gün məhkəmə icraçıları tərəfindən məhkəmə qərarı əsasında təyin olunmuş 20 min rubl dəyərində cəriməni ödəmədiyinə görə Karaulovun Rusiya Federasiyası ərazisindən çıxışının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edib
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, jurnalist böhtanla bağlı cinayət işi çərçivəsində ifadə verməyə çağırılmazdan öncə Rusiya Federasiyasının ərazisini tərk edə bilib.
Qeyd edək ki, bu gün hüquq-mühafizə orqanları tərəfindən Karaulovun Moskva vilayətindəki bağ evində axtarış aparılması ilə bağlı məlumat yayılıb.
14:01
***
Rusiyalı jurnalist Andrey Karaulovun evində axtarış aparılır.
Qalanews TASS-a istinadən xəbər verir ki, polis axtarışı onun Moskva vilayətindəki evində aparır.
Prosesin böhtan ittihamı ilə bağlı açılan cinayət işi çərçivəsində aparıldığı bildirilir.
Jurnalist özü hazırda müalicə məqsədi ilə ölkə xaricindədir.