QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Nov 2022, 15:17
Mustafa Abbasbəyli: "Hər il Azərbaycanın əmək bazarına 100-120 min gənc daxil olur”
Azərbaycanın demoqrafik göstəricilərinə əsasən, hər il ölkənin əmək bazarına 100-120 min gənc daxil olur.

"QalaNews.com" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli "Baku International CEO Summit"ində deyib.

M.Abbasbəylinin sözlərinə görə, onların təxminən 30 %-i ixtisası olmayan şəxslərdir: "Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın ali təhsil potensialı 40-50 min, peşə təhsili potensialı isə təxminən 30 mindir. Yəni hər il 80 min insan əmək bazarına peşə kvalifikasiyası ilə daxil olur. Qalan 40-50 min insanın isə peşə kvalifikasiyası yoxdur. Bu gün bizim qarşımızda duran ən vacib məsələlərdən biri bu çatışmazlığı aradan qaldırmaqdır”.

O bildirib ki, bunun üçün şirkətlər qarşısında iki məsələ durur: “Birincisi düzgün kadrların müəyyən olunmasıdır. Biz yeni innovativ yanaşmalar üzərində işləyirik. İnanmırıq ki, bu şirkətlərin düzgün kadr seçiminə xüsusi töhfə verəcək. Hesab edirik ki, hətta Azərbaycanın ucqarında olan kiçik MMC belə düzgün kadrı tapsa bu onu inkişaf etdirəcək, gəlirini artıracaq. Gəlir artanda vergilər, vergi artanda dövlətin iqtisadi qüdrəti artacaq, nəticədə isə ölkədə əmək bazarı inkişaf edəcək”.

M. Abbasbəyli qeyd edib ki, ikinci məsələ isə Azərbaycan bazarında düzgün kadr potensialının yetişdirilməsidir: “Etiraf edək ki, Azərbaycanda kifayət qədər çox müasir peşələrə sahib kadrlara ehtiyac var. Biz bir tərəfdən danışırıq ki, kifayət qədər çox iş axtaranlarımız var. Amma nəticədən danışmırıq. Niyə bu qədər çox iş axtaran var? Çünki onların peşə kvalifikasiyası bu günkü əməkbazarına uyğun deyil. Qarşımızda duran əsas vəzifə onları bu günkü əmək bazarına uyğunlaşdırmaqdır".



Baxış sayı: 243



OXŞAR XƏBƏRLƏR