QALA NEWS

01 June Monday

Baku 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 May 2026, 20:35
Cüdoçularımız Avropa Kubokunun son günündə dörd medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar

Avstriyanın Qrats şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb. Azərbaycan millisi yarışın son günündə daha 4 medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından QalaNews-a verilən məlumata görə, 90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

Cüdoçumuz finala gedən yolda Rumıniya, Qazaxıstan, Gürcüstan, Macarıstan və Almaniya təmsilçilərini məğlub edib.

Süleyman həlledici görüşdə Braziliya idmançısı Joao Pedro Kanelyonu yuko xalı ilə üstələyərək çempion olub. Roman Qarayev (81 kq), Aslan Kotsoyev (90 kq) və Ramazan Əhmədov (+100 kq) isə turniri bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışın ilk günündə Məhəmməd Musayev (66 kq) qızıl medal qazanmışdı. Beləliklə, Avropa Kubokunu 2 qızıl və 3 bürünc medalla tamamlayan Azərbaycan millisi 34 ölkə arasında oğlanların mübarizəsində ikinci, ümumi medal sıralamasında isə üçüncü yeri tutub.




Seen count: 87



RELATED NEWS