QALA NEWS

01 June Monday

Baku 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 May 2026, 07:44
Azərbaycanın cüdo millisi Avropa Kubokunun ilk günündə qızıl medal qazanıb

Azərbaycanın cüdo millisi Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında Avropa Kubokunun ilk günündə 1 qızıl medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından QalaNews.com a verilən məlumata görə, 66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək çempion olub.

Cüdoçu finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Məhəmməd həlledici görüşdə Serbiya idmançısı Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Aktivində 1 qızıl medal olan yığma medal sıralamasında oğlanlar arasında birinci, ümumi hesabda isə 5-ci pillədə qərarlaşıb.




Seen count: 90



RELATED NEWS