QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Aug 2022, 15:20
Meşədən əldə edilmiş işlik oduncaq ilk dəfə açıq hərraca çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Meşələrin İnkişafı Xidməti ilə birlikdə meşə təsərrüfatlarından əldə edilmiş işlik oduncağın satışı məqsədilə ilk dəfə açıq hərrac keçirib.

Qalanews bu barədə ETSN-yə istinadən xəbər verir.

Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, hərracda iştirak üçün 8 nəfər ilkin ödəniş edərək müraciət edib. Qəbələ, Oğuz və Şabran rayonlarının meşə təsərrüfatlarında formalaşmış ümumilikdə 524 kubmetr müxtəlif cinsli işlik oduncaq materialı satışa çıxarılıb, bunun 400 kubmetri satılıb.

Növbəti hərraclar barədə yaxın günlərdə məlumat veriləcək.




Baxış sayı: 450



OXŞAR XƏBƏRLƏR