QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jul 2023, 14:16
Kreml Rusiyasız "Taxıl sazişi"ni davam etdirmək cəhdlərinin riskli olacağını bildirib
"Taxıl sazişi"ni Rusiyanın iştirakı olmadan davam etdirmək cəhdləri risklərə gətirib çıxaracaq, çünki taxıl dəhlizi müharibə zonasına bitişikdir və hətta Kiyevin özü də bu dəhlizdən hərbi məqsədlər üçün istifadə edir.

QalaNews.com-un Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Qara dəniz təşəbbüsündə iştirakının dayandırılmasına baxmayaraq, Ukrayna tərəfinin Türkiyəyə Ukraynadan taxıl ixracını davam etdirmək təklifini şərh edərkən deyib.

Kreml sözçüsünün sözlərinə görə, bu məsələ Rusiya hərbçiləri tərəfindən "şərh tələb edir", çünki söhbət birbaşa döyüş bölgəsinə bitişik zonadan gedir. "Müvafiq təhlükəsizlik zəmanətləri olmadan orada müəyyən risklər yaranır. Ona görə də Rusiyasız nəsə hərəkət edilirsə, bu risklər nəzərə alınmalıdır. Burada biz deyə bilmərik ki, bu riskləri hansı dövlətlər öz üzərinə götürməyə hazırdır", - deyə Peskov vurğulayıb.



Baxış sayı: 301



OXŞAR XƏBƏRLƏR