QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Aug 2022, 21:48
“Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” təsdiqlənib

“Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” təsdiqlənib.

Qalanews xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanununun tətbiqi haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 17 iyun tarixli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” təsdiq olunub.

Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə (Yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir) uyğun edilə bilər.




Baxış sayı: 263



OXŞAR XƏBƏRLƏR