QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 29 Jun 2022, 14:20
"Formula 1": Arif Rəhimov ənənəvi yarışların təqvimdə qalmasını istəyir

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Avropada bəzi Qran-prilərin "Formula 1" üzrə dünya çempionatının təqvimindən çıxarılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

O, "Motorspor Magazin" nəşrinə açıqlamasında bu ideyaya qarşı olduğunu söyləyib.

Rəhimov deyib ki, idman ənənələrini qoruyub saxlamaq lazımdır: "Mən ənənəvi yarışların təqvimdə qalmasını istəyirəm. Bu treklər yarış ruhunu daşıyır. Onlar hər kəs üçün yaxşıdır".

Qeyd edək ki, daha əvvəl tarixi Spa-Frankorşam trasında keçirilən Belçika Qran-prisinin 2023-cü il dünya çempionatının təqvimindən çıxarılacağı bildirilib.




Baxış sayı: 230



OXŞAR XƏBƏRLƏR