QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 19 Jul 2023, 13:33
Argentinada hakimi döyən futbolçu intihar edib
Argentinada oyun vaxtı hakimə hücum etdiyi üçün adam öldürməyə cəhddə ittiham olunan həvəskar futbolçu Uilyams Aleksandr Taponun meyiti tapılıb.

QalaNews.com-un AP-yə istinadən xəbər verir ki, həyat yoldaşı onun intihar etdiyini bildirib.

Qatar stansiyasının yaxınlığında tapılan oyunçu başından güllə yarası aldığı üçün vəfat edib. O, 24 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Uilyams Aleksandr Tapon həvəskar turnirdə hakimi vəhşicəsinə döyüb. Futbolçu idman tədbirində qəsdən adam öldürmədə ittiham edildiyi üçün 10-15 il müddətinə həbs oluna bilərdi.



Baxış sayı: 310



OXŞAR XƏBƏRLƏR