QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jul 2023, 14:28
Adrian Mutu “Spartak”la oyundan öncə nə söylədi?
“Spartak”la oyunda nəticə bizim üçün fiziki formamız qədər əhəmiyyətli olmayacaq. Bu görüşdə taktiki hazırlığımızı inkişaf etdirə bilərik”.

Bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu Rusiyanın paytaxtı Moskvada “Spartak”a qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

Rumıniyalı mütəxəssis meydanda olduqları hər dəqiqədən maksimum yararlanmalı olduqlarını bildirib:

“Spartak”ın bir neçə oyununu izləmişəm. Necə oynadıqlarını, hansı potensiala sahib olduqlarını bilirəm. Bu, əla komandadır. Üstəlik böyük büdcələri var. Amma biz öz oyunumuzu düşünməliyik. Hələ üzərində işləməli olduğumuz çox şey var. Bizi oyunçularımızın formaya düşməsi maraqlandırır. Onları hərəkət edən görmək istəyirəm. Yaxşı oyun olacaq. Oyunun hər dəqiqəsindən ən yaxşı şəkildə yararlanmağa çalışacağıq. Son günlərdə üzərində işlədiyimiz plana sadiq qalmağımız vacibdir. Hər şey yaxşı olacaq!”

Qeyd edək ki, bu gün keçiriləcək “Spartak” - “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.



Baxış sayı: 258



OXŞAR XƏBƏRLƏR