QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 May 2022, 12:22
Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 85 %-i suvarılan torpaqlardan götürülür

Azərbaycanda ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının 80-85 %-i suvarılan torpaqlardan götürülür.

Qalanews xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 135 su anbarı var ki, onların da ümumi su tutumu 21,5 milyard kubmetrdir: "Su ehtiyatlarının qorunması ölkədə ali səviyyədə tam nəzarətdədir".

F.Tağıyevin sözlərinə görə, Azərbaycanın şirin su ehtiyatlarının əksər hissəsi xaricdə formalaşır:

"İşğaldan azad edilmiş ərazilərdə su anbarı və 17 çay var ki, bu çayların da su ehtiyatları böyükdür. Rəsmi torpaq balansına əsasən çoxillik əkmələrlə birlikdə bizim ümumi əkin sahəmiz 2 milyon hektardan artıqdır. Bunun isə 1,5 milyon hektarı suvarılan ərazilərdir. Suvarılan torpaqların 77,5 %-i əkin, 8,6 %-i çoxillik əkmələr və 13,9 %-i isə örüş, həyətyanı və s. bu kimi sahələrdir".

Nazirlik rəsmisi əlavə edib ki, ölkədə müasir suvarma sistemlərinin tətbiqi çox aşağı səviyyədədir:

"Su ehtiyatlarının qiymətləndirilməsi üzrə təkmil su balansı və uçotu sistemi yoxdur. Amma hazırda bu istiqamətdə iş gedir. Hazırda qurumlar arası ESTİS (Elektron Su Təsərrüfatı və İnformasiya Sistemi) yaradılıb və operatorluq Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Hər bir aidiyyatı qurumu bu sistemə qoşulub. Bu gələcəkdə təkmil uçot sistemi olacaq".




Baxış sayı: 321



OXŞAR XƏBƏRLƏR