QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Dec 2021, 21:30
Vilayət Eyvazov tapşırıq verdi: "Vətəndaşları əsassız yerə incitməyin"

Dekabrın 3-də Daxili İşlər Nazirliyində videokonfrans formatında Kollegiya iclası keçirilib.

Qalanews bu barədə nazirlikdən məlumat verilib.

İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov diqqətə çatdırıb ki, vətəndaşların müraciətlərinə baxılması, problemlərinin həlli, istintaq və təhqiqat prosesində qanunçuluğa riayət edilməsi, cinayət və digər hüquqpozmalar nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi sahəsində müvafiq Kollegiya qərarları əsasında həyata keçirilmiş tədbirlər daha məqsədyönlü davam etdirilməlidir. Hər bir şəxsin qanunla qorunan hüquq və azadlıqları daim etibarlı qorunmalı, vətəndaşların əsassız saxlanılması, incidilməsi, ümumən onların narazılığını doğuran bütün neqativ hallar aradan qaldırılmalıdır.

Ölkə Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bir daha xatırladan nazir V.Eyvazov əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi, arxayınlığa yol verilməməsi, əməliyyat-xidməti fəaliyyətin ayrı-ayrı istiqamətlərində mövcud olan çatışmazlıqların tam aradan qaldırılması, icrası nəzərdə tutulan məsələlərin həllinin ilin sonunadək təmin edilməsi üçün konkret göstərişlər verib.




Baxış sayı: 2013



OXŞAR XƏBƏRLƏR