QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Nov 2021, 22:16
İlham Əliyev Rusiyanın Elmlər Akademiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev noyabrın 25-də Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qalanews xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub və əlaqələrimizin inkişafında humanitar sferada, o cümlədən elmi sahədə əməkdaşlığın rolu vurğulanıb. Bu sahədə əməkdaşlığımızın zəngin tarixə malik olduğu bildirilib və müasir dövrdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəminə toxunulub. Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin səfərinin elmi əməkdaşlıq sahəsində əlaqələrin perspektivlərinin müzakirəsinə və daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.

Aleksandr Sergeyev Rusiya Federasiyasının Elmlər Akademiyasının xatirə medalını Prezident İlham Əliyevə təqdim edib.




Baxış sayı: 264



OXŞAR XƏBƏRLƏR