az
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağstafa rayonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolunun inşasını davam etdirir.
Qalanews xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, həmin yol başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci km-dən götürür. II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 km təşkil edir.
Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir.
Yol boyu yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilib. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün işlər görülüb, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilərək, yol yatağı genişləndirilib.
Baxış sayı: 519
Məbləği 15 min manatdan artıq olan daşınar əmlak nağdsız qaydada alınacaq
Şeyx Əbdül söyüşlə kampaniya aparan düşmənlərə səsləndi: “Erməni-fars mənafeyinə xidmət etməyə son qoyun!”
Sabirabadlı gəlinin müəmmalı ölümü: Bağlanan iş yenidən açıldı
Bu şagirdlər dərsə gəlməyə bilər - Nazirlik
Metro və marşrut avtobuslarında yeni tariflər müəyyənləşib
Ötən il Azərbaycan 667 mln. dollarlıq meyvə-tərəvəz ixrac edib
DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi - 7 nəfər saxlanıldı
Muxtar Babayev növbəti vətəndaş qəbulu keçirdi
Abşeronda narkotikə görə beş nəfər saxlanıldı
Ukraynada erməni hərbçi azərbaycanlını işgəncələrlə öldürdü
Elnur Bağırov: Dərman qiymətlərindən narazı istehlakçılar bizə müraciət edə bilərlər
Azərbaycana hansı ölkələr investisiya qoymaqda maraqlı olub?