QALA NEWS

13 İyun Şənbə

Bakı 23˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Jun 2026, 20:43
Tramp: ABŞ və İran müharibənin başa çatdırılması ilə bağlı razılığa gəlib, sənəd həftəsonu Avropada imzalana bilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.

Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz indicə İranla müharibənin başa çatdırılması ilə bağlı çox yaxşı razılaşmalar əldə etdik”, - deyə ABŞ prezidenti vurğulayıb.

Onun sözlərinə görə, tərəflər hazırda sənədləşmə prosesini yekunlaşdırırlar.

“Sənədlərin rəsmiləşdirilməsini başa çatdıracağıq. Bu, bir neçə gün ərzində həyata keçirilməlidir”, - deyə Tramp qeyd edib.

ABŞ lideri əlavə edib ki, əldə olunmuş razılaşmaların imzalanması artıq bu həftəsonu baş tuta bilər.

“Razılaşma imzalanan kimi Hörmüz boğazı da rəsmi şəkildə açılacaq. Bu, çox tez, çox yaxın vaxtda baş verə bilər. Ola bilsin ki, həftəsonu Avropada baş tutsun. Mən orada olmayacağam, amma vitse-prezident Cey Di Vens iştirak edəcək”, - deyə Tramp bildirib.




Baxış sayı: 92



OXŞAR XƏBƏRLƏR